İtaliyalı zabit Azərbaycan  HDQ tərəfindən təltif olunub
sizinxeber.az xəbər saytı

İtaliyalı zabit Azərbaycan HDQ tərəfindən təltif olunub


İtaliyalı zabitə Azərbaycan HDQ komandanı adından “Dənizçi kortiki” hədiyyə olunub.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, "Azərbaycan Respublikasının müdafiə naziri ilə İtaliya Respublikasının müdafiə naziri arasında Hərbi Dəniz Qüvvələrinin (HDQ) şəxsi heyətinin təlim və təhsili sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu"na əsasən, hər iki ölkənin hərbi qulluqçular yetişdirən xüsusi təyinatlı təhsil müəsisələrində təhsilin təşviqi məqsədilə uğur qazanaraq fərqlənən məzunlara HDQ komandanlığı adından xatirə hədiyyələri təqdim olunur.
İtaliyanın Livorno Hərbi Dəniz Akademiyasını fərqlənmə ilə bitirən kiçik leytenant Rikardo Romanoya Azərbaycan HDQ komandanı adından imzalanmış sertifikatla birlikdə “Dənizçi kortiki” hədiyyə edilib.
Hədiyyə italiyalı zabitə Azərbaycan Respublikasının İtaliyadakı Hərbi Attaşelik aparatının nümayəndəsi tərəfindən təqdim olunub.

Qeyd edilib ki, Niyyət Protokolunun müddəalarına uyğun olaraq, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun HDQ fakültəsini fərqlənmə ilə bitirən bir zabitə isə İtaliya HDQ komandanlığı adından “Tələbələrin şərəf qılıncı” hədiyyə edilir.

Oxşar xəbərlər

Hərbi Dəniz Qüvvələrinin komando kursunun növbəti buraxılışı olub - VİDEO
Xəzərdə Azərbaycan-Qazaxıstan birgə taktiki təlimi keçiriləcək
"Dəniz təməl komando kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEO
İtaliya nümayəndə heyəti Azərbaycan MMU və HDQ-ni ziyarət edib - FOTO
Azərbaycan-Türkiyə hərbi dənizçilərinin birgə məşğələləri keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər