NATO rəsmisi Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində Azərbaycana gəlib
NATO-nun Brunssum Birləşmiş Qüvvələr Komandanlığının Baş Qərargah rəisinin müavini general-mayor Stefan Fiks Azərbaycanda səfərdədir.
Bu barədə “Sizinxeber.az” İsveçin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.
Məlumata görə, Fiksin başçılıq etdiyi nümayəndə heyətinin səfəri NATO və Azərbaycan arasında Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində razılaşdırılmış tədbirlər silsiləsinin bir hissəsidir.
Diplomatik nümayəndəlikdə İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzsonla general-mayor Fiks və onun komandası arasında görüş keçirilib.
"Səfər NATO Tərəfdaşlığı üzrə fəaliyyətlərin həyata keçirilməsini dəstəkləmək məqsədilə azərbaycanlı həmkarlarla əməkdaşlığın davam etdirilməsinə yönəlib”, - səfirlikdən bildirilib.
Qeyd edilib ki, NATO-nun tərəfdaş ölkəsi kimi Azərbaycan müttəfiqlər və digər tərəfdaş ölkələrlə təhlükəsizlik və müdafiə islahatları, terrorla mübarizə də daxil olmaqla bir çox sahələrdə əməkdaşlıq edir. Azərbaycan da NATO-nun rəhbərlik etdiyi bir sıra əməliyyat və missiyalarda yer alıb. 2025-2026-cı illər ərzində Slovakiya və İsveçin Bakıdakı səfirlikləri NATO-nun Azərbaycandakı əlaqə nöqtəsi rolunu yerinə yetirir.
Oxşar xəbərlər
Ermənistan uyğunluq səviyyəsinin qiymətləndirilməsi üzrə NATO tədbirində iştirak edib
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Azərbaycan-NATO əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
Azərbaycanın da iştirak etdiyi “NATO-Gürcüstan təlimi 2025” başa çatıb
NATO ilə tərəfdaşlıq Rəsmi Bakı üçün əhəmiyyətlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













