Azərbaycanın da iştirak etdiyi “NATO-Gürcüstan təlimi 2025” başa çatıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın da iştirak etdiyi “NATO-Gürcüstan təlimi 2025” başa çatıb


Azərbaycanın da iştirak etdiyi “NATO-Gürcüstan təlimi 2025” başa çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın NATO ilə əməkdaşlığı çərçivəsində keçirilən “NATO-Gürcüstan təlimi 2025” adlı dördüncü komanda-qərargah təlimi uğurla yekunlaşıb.

Gürcüstan Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlər NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzində (JTEC) baş tutub.

Təlimdə NATO-ya üzv və tərəfdaş ölkələr də aktiv iştirak ediblər. Azərbaycan da bu çoxmillətli təlimdə iştirak edən dövlətlər arasında olub. NATO və tərəfdaş ölkələrin 17 nümayəndə heyəti ilə yanaşı, bir sıra beynəlxalq təşkilatlar və strukturlar təlim prosesinə cəlb olunub.

Təlim regionda təhlükəsizlik və müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə yönəlib.

Oxşar xəbərlər

Gürcüstanda “NATO-Gürcüstan Təlimi 2025” başlayıb, Azərbaycan da iştirak edir
Azərbaycan "NATO-Gürcüstan - 2025" hərbi təlimində iştirak edəcək
ABŞ Azərbaycanın NATO ilə davamlı əməkdaşlığını dəstəkləyir
Azərbaycan hərbçilərinin iştirak etdiyi beynəlxalq təlim başa çatıb
NATO 2025-ci ildə 107 təlim keçirməyi planlaşdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər