Ermənistan uyğunluq səviyyəsinin qiymətləndirilməsi üzrə NATO tədbirində iştirak edib
Ermənistanın Mərakeşdəki hərbi nümayəndə heyəti beynəlxalq missiyalar çərçivəsində NATO qüvvələri ilə uyğunluq səviyyəsinin qiymətləndirilməsi üzrə tədbirdə iştirak edib.
Bu barədə “Report” Ermənistan KİV-ə istinadən xəbər verir.
Ermənistan Müdafiə Nazirliyindən verilən məlumata görə, ölkənin silahlı qüvvələrinin baş qərargah rəisinin müavini, general-mayor Artur Yeroyanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 13-17-də Kasablankada NATO-nun Əməliyyat Potensialı Konsepsiyasının illik konfransında iştirak edib. Tədbir çərçivəsində NATO-nun tərəfdaş ölkələrinin bölmələri beynəlxalq missiyalarda NATO qüvvələri ilə uyğunluq səviyyəsinin qiymətləndirilməsindən keçiblər.
Səfər çərçivəsində Yeroyan həmçinin Müttəfiq Qüvvələrin Avropadakı Ali Komandanlığının Baş Qərargah rəisinin müavini, vitse-admiral Qunşteyn Bruasdal (Norveç), NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Ali Komandanlığının Hərbi Əməkdaşlıq Xidmətinin rəhbəri, Baş Qərargah rəisinin müavini, briqada generalı Martin Remesi (Slovakiya) ilə görüşlər keçirib.
“Əməkdaşlıqla bağlı məsələlər, o cümlədən uyğunluğun qiymətləndirilməsinin növbəti mərhələsi ilə bağlı məsələlər müzakirə edilib”, - nazirlikdən vurğulanıb.
Oxşar xəbərlər
NATO-nun Baş Qərargah rəisləri Praqada görüşəcək
General: NATO Rusiya ilə müharibə istəmir
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
KİV: Finlandiya NATO-nun nüvə çəkindirməsi təlimlərində iştirak edə bilər
Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə NATO-nun dəstəyi müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













