Milli Müdafiə Universitetinin nümayəndə heyəti Bolqarıstana səfər edib
Azərbaycanın Milli Müdafiə Universitetinin (MMU) nümayəndə heyəti Sofiya şəhərində Bolqarıstan Respublikasının G.S.Rakovski adına Hərbi Akademiyasının yaradılmasının 113-cü ildönümünə həsr olunmuş təntənəli tədbirdə iştirak edib.
"Report" xəbər verir ki, tədbirdən sonra MMU-nun rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov G.S.Rakovski adına Hərbi Akademiyanın rəisi general-mayor Stayko Prokopiev ilə görüşüb.
Görüş zamanı qarşılıqlı brifinqlər təqdim olunub, hərbi təhsil sahəsində ikitərəfli əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan Ordusunda həyata keçirilən islahatlar çərçivəsində Milli Müdafiə Universitetində aparılan struktur dəyişiklikləri, innovativ və texnoloji yeniliklər nəzərə alınmaqla tədris prosesinin təkmilləşdirilməsi, eləcə də digər inkişaf istiqamətlərinə dair məlumat verilib.
Tərəflər MMU ilə G.S.Rakovski adına Hərbi Akademiya arasında davamlı və faydalı əməkdaşlığın vacibliyini xüsusi vurğulayıblar.
Səfər çərçivəsində MMU-nun nümayəndə heyəti Akademiyada təhsil alan azərbaycanlı kursantlarla görüşüb, onların tədris prosesi, sosial-məişət şəraiti və ümumi hazırlıq səviyyələri ilə maraqlanıb.
Kursantların təklif və fikirlərini dinləyən MMU-nun nümayəndələri onları maraqlandıran sualları cavablandırıb.
Oxşar xəbərlər
Milli Müdafiə Universitetində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib
Rusiya Hərbi Akademiyasının nümayəndə heyəti Milli Müdafiə Universitetində olub - VİDEO
MMU-da NATO Müdafiə Kollecinin nümayəndə heyəti ilə görüş keçirilib - FOTO
Azərbaycan və NATO əlaqələrinin inkişafı müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hemant Mistri: Hörmüzün bağlanması ekoloji təmiz aviasiya yanacağının qiymətinin artmasına səbəb olub
-
Çin Tayvan sahillərində xüsusi əməliyyata başladığını elan edib
-
IATA 2030-cu ilə qədər SAF istehsalı üzrə bir çox layihənin reallaşacağına şübhə ilə yanaşır
-
Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının təqvimi müəyyənləşib
-
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında ikinci görüşünü keçirəcək
-
XİN: Azovda vurulan gəmilərdən xilas edilən Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün tədbirlər görülür
