Hulusi Akar: Azərbaycan və Türkiyənin strateji müttəfiqlik səviyyəsinə çatan hərbi əlaqələri daim inkişaf edir
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 16-da Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə "Sizinxeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Türkiyə parlamentinin Milli müdafiə komissiyasının sədri protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.
Z.Həsənov qonaqları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Nazir hər iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin Azərbaycan və Türkiyə arasında bütün sahələrin, o cümlədən hərbi əməkdaşlığın inkişafında xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
H.Akar isə öz növbəsində Azərbaycana cari ildə ilk səfərindən razılıq ifadə edib, göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən qonaq Azərbaycan və Türkiyənin strateji müttəfiqlik səviyyəsinə çatan hərbi əlaqələrinin daim inkişaf etdiyini xüsusi vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran, o cümlədən regional təhlükəsizliyə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Hulusi Akar: Türkiyə Azərbaycanın haqlı mübarizəsini dəstəkləyir
Hulusi Akar: Azərbaycan və Türkiyə müdafiə sahəsində birgə çalışmalıdır
Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib
Hulusi Akar: "Kimsə Azərbaycan və Türkiyəyə tərs baxa bilməyəcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hemant Mistri: Hörmüzün bağlanması ekoloji təmiz aviasiya yanacağının qiymətinin artmasına səbəb olub
-
Çin Tayvan sahillərində xüsusi əməliyyata başladığını elan edib
-
IATA 2030-cu ilə qədər SAF istehsalı üzrə bir çox layihənin reallaşacağına şübhə ilə yanaşır
-
Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının təqvimi müəyyənləşib
-
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında ikinci görüşünü keçirəcək
-
XİN: Azovda vurulan gəmilərdən xilas edilən Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün tədbirlər görülür
