31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə anım tədbirləri keçirilib.
Bu barədə "Sizinxeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mərasimlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də soyqırım qurbanlarının xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qeyd olunub ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, həmçinin Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılar kütləvi şəkildə vəhşicəsinə qətlə yetirilib.
Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə hər il martın 31-inin Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunduğu diqqətə çatdırılıb.
Tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, eləcə də Heydər Əliyev Fondunun ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı dəhşətlərinin dünyaya tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərin əhəmiyyəti xüsusi vurğulanıb.
Anım tədbirlərində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin hazırladığı ədəbi-bədii kompozisiyalar təqdim olunub, fotosərgilər, sənədli filmlər nümayiş etdirilib, ictimai-siyasi hazırlıq dərslərində mövzuya dair mühazirələr oxunub.
Hərbi qulluqçular tərəfindən soyqırım qurbanlarının abidələri, eləcə də torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının məzarları ziyarət olunub.


width="220" alt="Azərbaycan hərbçiləri 31 Mart Soyqırım qurbanlarının xatirəsini yad ediblər" />
width="220" alt="31 mart soyqırımından 106 il keçir" />
width="220" alt="Əsgərlərimiz and içdi" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />