Azərbaycanla Türkiyə HHQ arasında 15-ci Qərargah danışıqları keçirilib
Azərbaycan ilə Türkiyə arasında imzalanmış "İkitərəfli hərbi əməkdaşlıq proqramı"na əsasən, hər iki qardaş ölkənin Hərbi Hava Qüvvələri (HHQ) nümayəndələrinin iştirakı ilə 15-ci Qərargah danışıqları keçirilib.
Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə Şəhidlər xiyabanı və Türk Şəhidliyi ziyarət edilib. Şəhidlərin xatirəsi dərin hörmət və ehtiramla yad olunub.
Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Türkiyə Hərbi Hava Qüvvələri qərargahının Maddi-Texniki Təminat İdarəsinin rəisi general-leytenant Hüseyin Dumanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Keçirilən Qərargah danışıqlarının əhəmiyyətinin xüsusi vurğulandığı görüşdə Azərbaycan və Türkiyə HHQ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib, eləcə də maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonra səfər planına uyğun olaraq, Aviasiya təmir zavodunu ziyarət edən Türkiyə nümayəndə heyətinə müəssisənin yaranma tarixi, inkişaf mərhələləri və fəaliyyəti barədə məlumat verilib.
Zavodun istehsalat bölmələrində yaradılan şəraitlə tanış olan qonaqlar burada təmir, modernizasiya və digər prosesləri əyani şəkildə izləyiblər.
Daha sonra Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən görüşdə Milli Müdafiə Universiteti rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov qonaqlarla görüşərək onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.
Qonaqlar hərbi institutda yaradılan şəraitlə tanış olublar. Türkiyə nümayəndə heyətinə təhsil müəssisəsi ilə bağlı ətraflı məlumat verilib və ölkələrimiz arasında hərbi təhsil sahəsində görülən işlər və perspektiv planlardan geniş söhbət açılıb.
General-leytenant H.Duman hərbi institutun “Fəxri qonaqlar kitabı"na ürək sözlərini yazıb.
Plana əsasən, sonda Türkiyə nümayəndə heyəti HHQ-nin "N" hərbi hissəsini ziyarət edib. Qardaş ölkənin nümayəndələrinə hərbi hissənin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.


width="220" alt="Türkiyənin Baş Qərargah rəisi Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanını qəbul edib - YENİLƏNİB" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />