Azərbaycan silahları “IDEX-2025” sərgisində nümayiş olunur - YENİLƏNİB
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində “IDEX-2025” Beynəlxalq Müdafiə Sərgisi işinə başlayıb.
"Sizinxeber.az" xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Sərgidə Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılmış stenddə Azərbaycanın istehsal etdiyi atıcı silahlar, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, yaxın məsafəli döyüş vasitələri, artilleriya silahları, optik nişangah və cihazlar, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 100-ə yaxın müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.
Səfər çərçivəsində nazir V.Mustafayev bir neçə ölkənin dövlət rəsmiləri və iri şirkətlərin rəhbərləri ilə görüşlər keçirəcək. Eyni zamanda, MSN-in tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC ilə xarici şirkətlər arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi üzrə sənədlərin imzalanması nəzərdə tutulub.
Qeyd edək ki, “IDEX-2025” Beynəlxalq Müdafiə Sərgisində 132 mindən çox ziyarətçinin iştirakı gözlənilir. Tədbir fevralın 21-dək davam edəcək.
Bu gün Əbu-Dabidə 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEX) və 8-ci Beynəlxalq Dəniz Müdafiə Sənayesi Sərgisi (NAVDEX) və konfransları öz işinə başlayıb.
“Sizinxeber.az” xəbər verir ki, sərgi çərçivəsində Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Türkiyə milli müdafiə nazirinin müavini Musa Heybət ilə görüşüb. M.Heybət həmçinin Azərbaycanın müdafiə nazirinin müavini Aqil Qurbanov ilə də görüş keçirib.
Qeyd edək ki, tədbirlərdə dünyanın böyük müdafiə sənayesi şirkətlərinin təmsilçiləri, tanınmış mütəxəssislər iştirak edir.
Tədbirlər çərçivəsində kibertəhlükəsizlik, kosmosda təhlükəsizlik, müdafiə hazırlığı və s. mövzular müzakirə ediləcək, müdafiədə çevikliyin artırılması, qlobal çağırışlara aktiv cavab verilməsi üçün yeni həllər təqdim olunacaq. Həmçinin yüksək texnologiyaların və beynəlxalq əməkdaşlığın müasir müdafiə sisteminin yenidən qurulmasında rolu müzakirə predmeti olacaq.
IDEX və NAVDEX sərgilərində 65 dövlətdən 1565 şirkət öz məhsulunu nümayiş etdirir. Bu il sərgidə 730-dan çox yeni şirkət iştirak edir.
“IDEX” və “NAVDEX” sərgilərində müdafiə sənayesinə aid 3300-dən çox texnika və məhsul təqdim ediləcək.


width="220" alt="Vüqar Mustafayev “SOFEX 2024” sərgisində iştirak edir" />
width="220" alt="Müdafiə Sənayesi Nazirliyinin şöbə müdiri işdən çıxarılıb" />
width="220" alt="Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişlənib" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />