“Azərsilah”ın baş direktoru və müavinləri xüsusi dövlət rabitəsi ilə təmin olunacaq
“Azərsilah”ın baş direktoru və müavinləri xüsusi dövlət rabitəsi ilə təmin olunacaq.
"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Dəyişikliyə əsasən, “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri “Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”ndan çıxarılır.
“Azərsilah” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, həmçinin “Mobil xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”ndan da çıxarılır.
Dəyişikliklə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru və onun müavinləri “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”na daxil edilir.
Oxşar xəbərlər
“İqlim Elmi-İstehsalat Müəssisəsi”nin direktoru dəyişib
AZCON-un idarəetməsinə veriləcək dövlət müəssisələrin siyahısı məlum olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
