Yaşar Güler: Azərbaycanla Gürcüstanın müstəqilliyinə və ərazi bütövlüyünə güclü dəstəyimizi bir daha vurğulayırıq
“Biz Azərbaycanla Gürcüstanın müstəqilliyinə və ərazi bütövlüyünə güclü dəstəyimizi bir daha vurğulayırıq”.
Sizinxeber.az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Batumi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşünün nəticələrinə dair açıqlamasında Türkiyənin milli müdafiə naziri Yaşar Güler bildirib.
O qeyd edib ki, üç ölkə arasında güclü üçtərəfli əməkdaşlıq formatı mövcuddur:
“Bildiyiniz kimi, Qafqaz tarixi və strateji yerləşməsinə görə regional və beynəlxalq təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Türkiyə, Azərbaycan və Gürcüstan arasında üçtərəfli əməkdaşlıq ölkələrimizin ümumi maraqlarına və gözləntilərinə xidmət etməklə yanaşı, Qafqazın sülh və sabitliyinə böyük töhfə verir. Bu səbəbdən biz imzaladığımız üçtərəfli memorandum ilə bu nümunəvi, sıx və güclü əməkdaşlığı daha da inkişaf etdirmək iradəmizi təsdiqlədik. İnanıram ki, aramızdakı bu birlik gələcək dövrdə yeni əməkdaşlıq və tərəfdaşlıqlara imkan verəcək. Bu gün biz hörmətli həmkarlarımla birlikdə tarixi və dərin köklərə malik ölkələrimiz arasında hər sahədə əməkdaşlığı maksimum dərəcədə artırmaq iradəmizi bir daha təsdiqlədik. Görüş zamanı biz Azərbaycan və Gürcüstanın müstəqilliyinə və ərazi bütövlüyünə güclü dəstəyimizi bir daha vurğuladıq”.


width="220" alt="Yaşar Güler: Azərbaycan və Gürcüstanın müstəqilliyinə və ərazi bütövlüyünə güclü dəstəyimizi bir daha vurğulayırıq" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />