Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib
İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidi, leytenant Samir Əliyevin anım mərasimi keçirilib.
“Sizinxeber.az” xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, S.Əliyev 1999-cu il avqustun 9-da Bakı şəhərinin Suraxanı rayonunun Zığ qəsəbəsində anadan olub. 2016–2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb, o, 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edib. S.Əliyev İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, sentyabrın 29-da Suqovuşanın azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
S.Əliyev ölümündən sonra "Rəşadət" ordeni, "Suqovuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
DSMF: 5 ayda 4,3 milyard manat pensiya, müavinət, təqaüd və ünvanlı yardım ödənilib
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
-
Mehr: İran Milli Ordusu və SEPAH yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
-
Araz çayında batan məktəblinin meyiti tapılıb
-
Azərbaycan BNF-nin tədqiqat layihəsindən əldə olunacaq təcrübənin ölkədə tətbiqini planlaşdırır
