Sizinxeber.az » Müharibə » Hərbi » Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib

Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib

Bu gün Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyin 25-ci buraxılışı münasibətilə tədbir keçirilib.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli də iştirak edib.

Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxışında bildirib ki, müasir, güclü və peşəkar ordu müstəqil dövlətin sütunlarından biridir:

"Xüsusilə Azərbaycan kimi mürəkkəb coğrafiyada yerləşən bir ölkə üçün ordu müstəqilliyin, suverenliyin və ləyaqətin qoruyucusudur. Bu ordu Ulu Öndər Heydər Əliyevin şah əsərlərindən biridir. Hələ 1970-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması ilə Azərbaycanın gələcək hərbi elitasının formalaşdırılması prosesi başlayıb".

Heydər Əliyev adına Hərbi Liseyin rəisi, polkovnik Rəşad Əsgərov deyib ki, 44 günlük Vətən müharibəsində və digər hərbi əməliyyatlarda hərbi liseyin məzunları yüksək döyüş və peşəkarlıq nümunəsi göstəriblər:

"Liseyin məzunlarından 4-ü “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb, 96-sı isə şəhidlik zirvəsinə ucalıb. Hazırda onlarla məzun dünyanın müxtəlif hərbi akademiyalarında – Türkiyə, Rusiya, İtaliya və Cənubi Koreya kimi inkişaf etmiş ölkələrdə təhsillərini davam etdirirlər".

Vətən müharibəsi şəhidi Şükür Hacıyevin anası Fatma Şükürlü Azərbaycanın tarixi zəfərinin qazanılmasında Heydər Əliyev adına Hərbi Liseyin məzunlarının da böyük rolu olduğunu vurğulayıb, kursantlara təhsillərində uğurlar arzulayıb.

Sonra döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib. Orkestrin müşayiətilə hərbi liseyin marşı ifa edilib, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !