Paris-2024-ün bürünc mükafatçısı: Medalım cəmi 3 günə bərbad hala düşdü, paslanır, geri qaytarmağı düşünürəm - FOTO - VİDEO
sizinxeber.az xəbər saytı

Paris-2024-ün bürünc mükafatçısı: Medalım cəmi 3 günə bərbad hala düşdü, paslanır, geri qaytarmağı düşünürəm - FOTO - VİDEO


"Paris Olimpiadasından sonra mənim də medalım bərbad vəziyyətə düşdü".

Bu sözləri apasport.az-a açıqlamasında Paris-2024-ün yunan-Roma güləşi üzrə bürünc mükafatçısı Həsrət Cəfərov deyib.

Cəfərov turnirdən cəmi 3 gün sonra medalın keyfiyyətini itirdiyini bildirib:

"Vətənə qayıdanda məni qarşılayan insanlar medalımın keyfiyyətsiz olduğunu bildirdilər. Hər kəs məndən soruşurdu ki, medalın niyə bu vəziyyətdədir? Halbuki mən medalımı 3 gün öncə almışdım. Medalım cəmi 3 günə bərbad hala düşmüşdü. İndi də gün keçdikcə vəziyyət daha da pisləşir. Medalın rəngi gedir, həmçinin paslanır".

O da bir çox idmançı kimi medalını geri qaytarmağı düşünür:

"Yeni və keyfiyyətli medalla əvəz edəcəklərini bilsəm, mən də medalımı geri qaytarardım".

Qeyd edək ki, dünya üzrə 100-dən çox idmançı Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları medallar keyfiyyətsiz olduğu üçün medalları turnirin Təşkilat Komitəsinə göndəriblər.

Oxşar xəbərlər

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçiyə uduzub - YENİLƏNİB 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçiyə uduzub - YENİLƏNİB2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan güləşçisi olimpiadaya qələbə ilə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Həsrət Cəfərov: Vətənə medalla qayıtdığıma görə çox sevincliyəm [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər