"Abşeron"un voleybolçusu mövsümü gümüş medalla bitirmələrinə münasibət bildirib
sizinxeber.az xəbər saytı

"Abşeron"un voleybolçusu mövsümü gümüş medalla bitirmələrinə münasibət bildirib


"Abşeron"un qadın voleybolçulardan ibarət komandasının üzvü Ecem Aknam mövsümü gümüş medalla bitirmələrinə münasibətini bildirib.

"Report"un məlumatına görə, voleybolçu mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlama verib.

O, çempionluğu əldən verdiklərinə görə məyus olduğunu deyib:

"Çox üzgünəm. Mövsüm boyunca lider idik. Finalın ilk matçında 3:0 hesablı qələbə qazanmışdıq. Bu matçda 2 set udsaq yetərli olacaqdı. Alınmadı, "Azərreyl"i təbrik edirəm. Çox yaxşı oynadılar. Bizim üçün maraqlı mövsüm keçdi".

Qeyd edək ki "Abşeron" ikinci final matçında "Azərreyl"ə "qızıl set"də məğlub olaraq gümüş medalla kifayətlənib.

Oxşar xəbərlər

"Azərreyl"in voleybolçusu Yüksək Liqanın qalibi olmalarını şərh edib
"Azərreyl"in baş məşqçisi çempionluğu dəyərləndirib
"Azərreyl"in italiyalı baş məşqçisi çempionluğu dəyərləndirib
Baş məşqçi: Hakimlərin haqsızlığı nəticəsində gümüş medalla kifayətləndik
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi bu gün müəyyənləşəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər