"Azərreyl"in italiyalı baş məşqçisi çempionluğu dəyərləndirib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
apr
2025
19:00

"Azərreyl"in italiyalı baş məşqçisi çempionluğu dəyərləndirib

24 apr, 2025
19:00
314

"Azərreyl"in italiyalı baş məşqçisi çempionluğu dəyərləndirib

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2024/2025 mövsümünün qalibi olan "Azərreyl"in baş məşqçisi Paolo Tofoli çempionluğu dəyərləndirib.

"Report" xəbər verir ki, italiyalı mütəxəssis "Abşeron"la ikinci final matçından sonra jurnalistlərə açıqlama verib.

O, ilk final matçında məğlubiyyətə baxmayaraq, çempion olacaqlarına inandığını söyləyib:

"Gözlənilən qələbə alındı. Komandada bəzi çətinliklər oldu. Qələbə münasibəti ilə kollektivi təbrik edirəm. İlk oyunda 0:3 hesablı məğlubiyyətə baxmayaraq, qələbəyə inanırdıq. Bəzi təhlillər apardıq. Voıeybolda qələbəyə inanmaq lazımdır. Sona qədər mübarizə apardıq və qələbə qazandıq".

Qeyd edək ki, "Azərreyl" ikinci final matçında "Abşeron"u "qızıl set"də məğlub edərək Azərbaycan çempionu adını qazanıb.

Bizimlə əlaqə saxlayın