"Lənkəran"ın baş məşqçisi: "Uzaqdan atışları lazımi şəkildə yerinə yetirə bilmədik"
Uzaqdan atışları lazımi şəkildə yerinə yetirə bilmədik.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Lənkəran"ın baş məşqçisi Georgi Kondruseviç Azərbaycan Basketbol Liqasının XVI turunda evdə "Sumqayıt"la görüşdən sonra klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
Mütəxəssis rəqibin hücumlarının daha effektli olduğunu vurğulayıb:
"Şəkidəki oyundan sonra komandada yol yorğunluğu var idi. Həm də kasad heyətlə mübarizə aparırdıq. Uzaqdan atışları lazımi şəkildə yerinə yetirə bilmədik. Rəqib bizdən daha yaxşı hücum edirdi. Oyunun əvvəlində üstünlüyümüz var idi. Amma bu, sonda da belə olacağı anlamına gəlmir. Basketbolda 11 xallıq fərqi bir neçə dəqiqəyə "əritmək" mümkündür. Biz rəqibə bunu etməyə imkan verdik".
Qeyd edək ki, "Lənkəran" - "Sumqayıt" matçı qonaq komandanın 88:83 hesablı qələbəsi ilə başa çatıb.
Oxşar xəbərlər
"Lənkəran"ın baş məşqçisi: "Təəssüf ki, bizdə heyət bir o qədər geniş deyil"
"Sərhədçi"nin baş məşqçisi: "Naxçıvan"a qarşı oyunun çətin olacağını bilirdik"
"Lənkəran"ın baş məşqçisi: "İlk rəsmi oyundan əvvəl həmişə həyəcan olur"
Azərbaycan Basketbol Liqasının XVI turunda "Sumqayıt" "Lənkəran"a qalib gəlib
"Quba"nın baş məşqçisi: "Rəqib komanda yüksək səviyyəli basketbol oynadı"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













