"Sərhədçi"nin baş məşqçisi: "Naxçıvan"a qarşı oyunun çətin olacağını bilirdik"
"Naxçıvan" komandasına qarşı oyunun çətin olacağını bilirdik.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Sərhədçi"nin baş məşqçisi Evren Alkaya Azərbaycan Basketbol Liqasının III turunda, A qrupunda "Naxçıvan"la keçirilən oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
Mütəxəssis müdafiədə bəsit səhvlərə yol verdiklərini vurğulayıb:
“Naxçıvan” komandası bizdən daha əvvəl toplandı. Ötən mövsüm də heyətdə oynamış iki basketbolçunu saxladıqları üçün sistemi rahat qura bildilər. Əslində oyuna çox yaxşı başladıq. Amma müdafiədə bəsit səhvlər etdik. Hücumlar zamanı oyunçu yerdəyişmələrində ciddi xətalara yol verdik. Rəqib də bundan istifadə edib 3 xallıq atışlarla önə keçdi. Yaxşı müdafiə olunmamaq səbəbindən hücum və müdafiə intizamını qoruya bilmədik".
E.Alkaya qarşıdakı aylarda çempionatın ən yaxşı komandalarından birinə çevriləcəklərini söyləyib:
"Lazımi oyunçu dəyişikliklərindən sonra daha yaxşı oynayacağıq. Oyunçularımızın üst səviyyəyə çatacağına inanıram. Yeni aldığımız basketbolçu da iki gündür buradadır və uyğunlaşma prosesini hələ keçə bilməyib. Qarşıdakı bir ayda hazırlaşıb liqanın ən yaxşı komandalarından birinə çevriləcəyik. Komanda olmaq elə də asan deyil. 10-12 basketbolçu bir yerə gəlib eyni şeyləri etməyə çalışır. Bunu qurmaq üçün də zaman lazımdır. Dediyim kimi, bir neçə oyunçu dəyişikliyi ilə komandanı yaxşı səviyyəyə çıxaracağıq. Çatışmazlıqları yaxşı gördük”.
Qeyd edək ki, komandalar arasında "Sərhədçi" İdman Mərkəzində baş tutan görüşdə "Naxçıvan" 83:66 hesabı ilə qələbə qazanıb.


width="220" alt=""Naxçıvan"ın baş məşqçisi: "Bugünkü qələbə məni xoşbəxt etmədi"" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />