Azərbaycan millisinin baş məşqçisi: “Avropa çempionatının oyunlarına gənc komanda ilə çıxacağıq"
Avropa çempionatının oyunlarına gənc komanda ilə çıxacağıq.
Bunu “Report”a açıqlamasında Azərbaycanın qadın basketbolçulardan ibarət yığmasının baş məşqçisi Evren Alkaya Avropa çempionatının seçmə mərhələsində Belçika və Polşaya qarşı keçiriləcək oyunlarla bağlı danışarkən deyib.
Mütəxəssis yığma üzvlərinin əksəriyyətinin gənc olduğunu vurğulayıb:
“Təxminən bir aydır ki, Belçika və Polşa ilə matçlara hazırlaşırıq. Millidə gəncləşdirmə prosesi aparılır. Hazırda 12 oyunçudan 11-nin yaşı 17-dən azdır. Yarışa tamamilə gənc komanda ilə gedəcəyik. Yeganə təcrübəli basketbolçumuz Aleksandra Molenhauerdir”.
O, Belçika millisinin təcrübəli olduğunu qabardıb:
“Güc, həmçinin texniki-taktiki hazırlıqları keçmişik. Rəqib Belçika yığması ABŞ millisinə cəmi bir top fərqi ilə uduzmuş, olimpiadalarda uğurlar qazanmış, son Avropa çempionudur. Hesabın fərqli olacağını düşünürəm. Təbii ki, əlimizdən gələni edəcəyik”.
E.Alkaya azarkeşlərdən dəstək istəyib:
“Lyihəmiz var, bu oyunçuların qarşıdakı 3 il ərzində ən yaxşı səviyyəyə çatacağını düşünürük. Bu qızları ən yüksək səviyyəyə çatdıraraq Azərbaycan üçün gələcəyin komandasını qururq. Çox ciddi, keyfiyyətli oyunçularımız var. Təbii ki, beynəlxalq arenada onların lazımi səviyyədə mübarizə aparması hələ tezdir. Bu yaşda basketbolçular nə qədər yaxşı oynasalar da, rəqib çox təcrübəlidir. Oyunları ən uğurlu şəkildə bitirməyə çalışacağıq. Sadəcə, azarkeşlərin bu uşaqların yanında olmalarını, komandanın gənclərdən təşkil edildiyini və yarışa təcrübə qazanmaq üçün gedəcəyini bilmələrini istəyirik. Uşaqların çatacağı səviyyə bu cür önəmli matçlardan sonra müəyyənləşəcək”.
Qeyd edək ki, Azərbaycan millisi fevralın 6-da səfərdə Belçika, 3 gün sonra isə Bakıda Polşa ilə qarşılaşacaq.
Oxşar xəbərlər
Azərbaycan yığmasının baş məşqçisi: Rəqiblərimizlə müqayisədə bizim heyət gənc və təcrübəsizdir
Azərbaycan millisinin Belçika və Polşa ilə oyunlar üçün heyəti açıqlanıb
Azərbaycan yığmasının baş məşqçisi: Dünya çempionatının seçmə mərhələsində qrupdan çıxacağımızı düşünürəm
Azərbaycan millisinin baş məşqçisi: “Avropa çempionatının ikinci mərhələsində bizi ciddi rəqiblər gözləyir”
Azərbaycan millisinin baş məşqçisi: "Bu qarşılaşmalarda əlimizdən gələni edəcəyik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
