Azərbaycan millisinin baş məşqçisi: "Bu qarşılaşmalarda əlimizdən gələni edəcəyik"
Bu qarşılaşmalarda əlimizdən gələni edəcəyik.
"Report"un məlumatına görə, bunu qadın basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Evren Alkaya Polşa və Litvaya qarşı keçirəcəkləri Avropa çempionatının seçmə mərhələ oyunları ilə bağlı danışarkən deyib.
Türkiyəli mütəxəssis oktyabrın 15-dən məşqlərə start verdiklərini xatırladıb:
"Hazırlıqlarımız davam edir. Rəqiblərimizin əvvəlki matçlarını izləmişik. Müdafiə sistemində yaxşı olmağa çalışırıq. Çox çətin olacaq. Çünki komandamızın 7-8 üzvü U-18 və U-16 millilərində çıxış edir. Bu səviyyədə deyillər. Bunu qəbul edirik. Bu vəziyyətdə belə komandalara qarşı oynamaq isə çətindir. Amma əlimizdən gəldiyi qədər mübarizə aparacağıq. Bu uşaqlarla hədəflərimiz 4-5 ildən sonra ortaya çıxacaq. Əsas hədəflərimizdən biri basketbolçularımızın təcrübə qazanmasıdır. Meydanda əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, noyabrın 7-də Polşa ilə üz-üzə gələcək Azərbaycan yığması üç gün sonra Litva ilə qarşılaşacaq. Matçlar Polşada təşkil ediləcək.
Oxşar xəbərlər
Türkiyəli mütəxəssis: “Azərbaycan millisinin baş məşqçisi olduğum üçün qürur duyuram”
Azərbaycan millisinin baş məşqçisi: İki oyunda əlimizdən gələni edəcəyik
Azərbaycan millisinin voleybolçusu: İlk qarşılaşmadan sonrakı yorğunluq sözünü dedi
"Sərhədçi"nin baş məşqçisi komandanın hazırlığını dəyərləndirib
Fərid Cəlalov: Çempion olmaq üçün əlimizdən gələni etməyə çalışdıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













