Azərbaycan yığmasının baş məşqçisi: Rəqiblərimizlə müqayisədə bizim heyət gənc və təcrübəsizdir
sizinxeber.az xəbər saytı

Azərbaycan yığmasının baş məşqçisi: Rəqiblərimizlə müqayisədə bizim heyət gənc və təcrübəsizdir


Rəqiblərimizlə müqayisədə bizim heyət gənc və təcrübəsizdir.

Bunu "Report"a açıqlamasında Azərbaycanın kişilərdən ibarət voleybol millisinin baş məşqçisi Fərid Cəlalov deyib.

Mütəxəssis yığmanın Avropa çempionatının təsnifat mərhələsində çıxışı barədə danışıb:

"İki görüş keçirmişik və hər ikisi məğlubiyyətlə yekunlaşıb. Azərbaycan millisində yaşı çox olan, təcrübəli voleybolçular çıxış etmirlər. Bildiyiniz kimi, yığmada gəncləşdirmə siyasəti aparılır. Mən ötən il milliyə baş məşqçi təyin olunduqdan sonra daha çox gənc oyunçulara şans verməyə başladıq. Həmçinin bu, Azərbaycan Voleybol Federasiyasının təşəbbüsü idi. Rəqiblərimizlə müqayisədə bizim heyət gənc və təcrübəsizdir. Hətta elə oyunçular var ki, ilk dəfə meydana çıxırlar. Biz onları böyük qarşılamalara hazırlayırıq. Unutmamalıyıq ki, təsnifat mərhələsindəki rəqiblərimizin oyunçuları Avropanın aparıcı klublarında çıxış edirlər".

Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatının təsnifat mərhələsində Avstriya və Belçika millilərinə 0:3 hesabı ilə məğlub olub.

Oxşar xəbərlər

Azərbaycan millisinin baş məşqçisi: “Komandamızın üzvləri 6 aydır yığılıb”
Azərbaycanın voleybol millisi bu gün təsnifat mərhələsində ilk oyununu keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər