sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycan Basketbol Liqasında XI turun daha 3 oyunu reallaşacaq
Bu gün Azərbaycan Basketbol Liqasında XI turun daha 3 oyunu reallaşacaq.
"Report"un məlumatına görə, saat 12:30-da NTD "Abşeron"la üz-üzə gələcək.
Ardınca "Naxçıvan" "Neftçi" kollektivi ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu görüşün start fiti saat 16:30-da səslənəcək. A qrupunun hər iki matçı "Sərhədçi" İdman Mərkəzində baş tutacaq.
Günün son görüşündə "Sumqayıt" "Ordu"nu sınağa çəkəcək. Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək B qrupunun qarşılaşması saat 19:00-da başlayacaq.
Qeyd edək ki, turun açılış matçında "Sabah" "Sərhədçi"ni 85:78 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
Azərbaycan Basketbol Liqasında bu gün II turun daha iki oyunu baş tutacaq
Azərbaycan Basketbol Liqasında II turun daha bir oyunu keçiriləcək
Azərbaycan Basketbol Liqasında VI turun daha bir oyunu baş tutacaq
Azərbaycan Basketbol Liqasında III turun daha iki oyunu keçiriləcək
Azərbaycan Basketbol Liqası: Bu gün I turun görüşləri başa çatacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











