Azərbaycan Basketbol Liqası: Bu gün I turun görüşləri başa çatacaq
Bu gün Azərbaycan Basketbol Liqasında I turun görüşlərinə yekun vurulacaq.
"Sizinxeber.az" xəbər verir ki, açılış turunun son oyun günündə 3 matç keçiriləcək.
Əvvəlcə saat 12:30-da, Bakı İdman Sarayında son çempion "Sabah" "Sərhədçi" ilə qarşılaşacaq.
Şəkidə isə yerli komanda "Quba"nı sınağa çəkəcək. Olimpiya İdman Komleksindəki qarşılaşma saat 14:00-da başlayacaq.
Tura "Sumqayıt" - "Ordu" matçı ilə yekun vurulacaq. Sumqayıtın Olimpiya İdman Kompleksindəki qarşılaşma saat 20:00-da start götürəcək.
Azərbaycan Basketbol Liqası
I tur
20 oktyabr
12:30. "Sabah" - "Sərhədçi"
14:00. "Şəki" - "Quba"
20:00. "Sumqayıt" - "Ordu"
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Naxçıvan" "Neftçi"ni 84:79, "Abşeron" NTD-ni 75:69, "Gəncə" isə "Lənkəran"ı 90:75 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
Azərbaycan Basketbol Liqasında yeni mövsümün I turunun təqvimi açıqlanıb
Azərbaycan Basketbol Liqası: I turda bu gün daha iki görüş baş tutacaq
Azərbaycan Premyer Liqası: Bu gün IV tura yekun vurulacaq
Bu gün Azərbaycan Premyer Liqasında II turun oyunlarına yekun vurulacaq
Bu gün Azərbaycan Premyer Liqasında II tura yekun vurulacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













