"Quba"nın baş məşqçisi: "Müdafiədə etibarlı oynayıb, yaxşı hücumlar qurmağa çalışdıq"
"Lənkəran"la matçda müdafiədə etibarlı oynayıb, yaxşı hücumlar qurmağa çalışdıq.
"Report" xəbər verir ki, bunu "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının VIII turunda "Lənkəran"la matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
Mütəxəssis oyuna ciddi yanaşdıqlarını söyləyib:
"Lənkəran"ın heyətində bəzi çatışmazlıqlar var idi. Onların oyunçuları müəyyən səbəblər dolayısı ilə hamısı yerində deyildi. Bütün bunlara baxmayaraq, oyuna ciddi yanaşdıq. Çünki ardıcıl iki dəfə uduzmuşduq. Məğlubiyyətlər komandada ruh düşkünlüyü yaratmışdı. Oyuna yaxşı hazırlaşdıq. Müdafiədə də etibarlı oynayıb, yaxşı hücumlar qurmağa çalışdıq. Bunu da edə bildik. İstədiyimizi bacardıq. Komandamı təbrik edirəm. Yəqin ki, uğurlarımızın davamı gələcək. Biz daim analizlər edib, səhvlərimiz üzərində işləyib, daha yaxşı olmağa can atırıq. Çalışacağıq ki, növbəti turlarda da qələbə qazanaq. Lənkəran səfərindəki qələbə komandada özünəinamı da yüksəldəcək".
Qeyd edək ki, Lənkəran Olimpiya İdman Kompleksində baş tutan görüş "Quba" klubunun 89:60 hesablı qələbəsi ilə bitib.


width="220" alt=""Ordu"nun baş məşqçisi: "Lənkəran"la oyuna dönüş nöqtəsi kimi baxırdıq"" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />