“Sərhədçi”nin amerikalı basketbolçusu: “Qarşısıalınmaz olacağımıza əminəm”
Qarşısıalınmaz olacağımıza əminəm.
“Sizinxeber.az” xəbər verir ki, bu sözləri “Sərhədçi”nin amerikalı basketbolçusu Marselo Lotts klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, komandasının hazırlığından danışıb:
“Məşqlərimiz çox yaxşı gedir. Birlikdə, komanda şəklində son həftələrdə sürətli irəliləyiş əldə etmişik. Məşqçilərimiz mövsümə yaxşı başlamaq üçün əllərindən gələni edirlər. Komanda olaraq yaxşı nəticə əldə edəcəyimizə ümiddimiz böyükdür. Əminəm ki, komanda yoldaşlarımla birlikdə yaxşı işlər görəcəyik”.
Lotts ötən günyoxlama oyununda “Abşeron” komandasına 82:71 hesabı ilə qalib gəldikləri yoldaşlıq matçından da söz açıb:
“Matç bizim üçün yaxşı oldu. Qalib gələcəyimizi bilirdik. Bəzi şeyləri düzəltməli və daha çox mübarizə aparmalı idik. Onu da bacardıq. “Abşeron” yaxşı komandadır. Amma biz daha yaxşı idik”.
ABŞ-dən olan basketbolçu Azərbaycan Basketbol Liqasının ilk turunda
“Sabah” komandasına qarşı keçirəcəkləri oyuna da toxunub:
“Əminəm ki, “Sabah” da bizim güclü komanda olduğumuzu bilir. Bəlkə də ən çətin oyunumuz olacaq. Amma biz hər şeyə hazırıq. Mövsümə yaxşı start verəcəyimizi düşünürəm. Heç bir narahatlıq yoxdur”.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə oktyabrın 18-də start veriləcək.
Oxşar xəbərlər
"Sərhədçi"nin baş məşqçisi komandanın hazırlığını dəyərləndirib
Azərbaycan millisinin üzvü: Səhvlər daha yaxşı nəticə göstərməyimizə mane oldu
Qurban Qurbanov: Sabah yaxşı nəticə qazanmaq üçün çox güc sərf etməliyik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
