Rusiyalı basketbolçu: "Azərbaycanda özümü evimdəki kimi hiss edirəm"
Azərbaycanda özümü evimdəki kimi hiss edirəm.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Sumqayıt" basketbol klubunun yeni transferi Andrey Mateyunas klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Rusiyalı oyunçu "gənclik şəhəri" təmsilçisinin hədəflərindən və kollektivdəki ab-havadan danışıb:
“Təbii ki, azarkeşlərimizi parlaq oyunla və qələbələrlə sevindirmək istəyirik. Hazırda əsas məqsədimiz mövsümə uğurlu start verməkdir. Çox istərdim ki, azarkeşlər həmişə yanımızda olsunlar, oyunlara gəlib bizi dəstəkləsinlər. Onların sevinməsi üçün əlimizdən gələni edəcəyik”.
Mateyunas ölkəmizi və Sumqayıt şəhərini çox bəyəndiyini söyləyib:
“Azərbaycanda özümü evimdəki kimi hiss edirəm. Bura çox sakitdir, əla yerdir, ölkənizdə yaşamaq ürəyimcədir. Konkret Sumqayıt şəhərindən danışmaq lazım gəlirsə, onu deməliyəm ki, mən gələndə burada çimərlik mövsümünə yekun vuruldu. Amma şəhərə söz ola bilməz. Çox sakit şəhərdir”.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə oktyabrın 18-də start veriləcək.
Oxşar xəbərlər
"Sumqayıt"ın kapitanı: "Ölkə çempionatında əsas hədəf pley-offa vəsiqə qazanmaqdır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Sumqayıt" heyətini yeni basketbolçu ilə gücləndirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Kəpəz”in yeni transferi: Hamımız bir olmalıyıq ki, komandanı düşdüyü durumdan çıxara bilək [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Sumqayıt"ın baş məşqçisi: "Hazırlıq oyunlarında nəyə qadir olduğumuzu görəcəyik" [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Araik təcridxanada tam gümrahdır, "Marlboro" çəkir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












