“Kəpəz”in yeni transferi: Hamımız bir olmalıyıq ki, komandanı düşdüyü durumdan çıxara bilək
sizinxeber.az xəbər saytı

“Kəpəz”in yeni transferi: Hamımız bir olmalıyıq ki, komandanı düşdüyü durumdan çıxara bilək


Hamımız bir olmalıyıq ki, "Kəpəz"i düşdüyü durumdan çıxara bilək.

“Sizinxeber.az” xəbər verir ki, bunu “Kəpəz” yeni transferi Paçu Lira klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Futbolçu Gəncə təmsilçisinə transfer olunduğu üçün özünü xoşbəxt hiss etdiyini söyləyib:

“Azərbaycanda qaldığım, Gəncəyə gəldiyim üçün xoşbəxtəm. “Kəpəz” ölkənizdə ənənəvi, köklü klubdur. Mənə qarşı münasibət xoşdur. Eləcə də digər futbolçulara qarşı klubda səmimi ab-havanı hiss edirəm. Bir neçə gündür ki, komanda ilə birlikdə məşqlərə çıxıram. Artıq çalışmaq vaxtıdır. Öz üzərimdə işləyirəm, nəyə qadir olduğumu göstərməyə çalışıram”.

Braziliyalı forvard əsas heyətə düşmək üçün əlindən gələni edəcəyini vurğulayıb:

“Hücum xəttində məşqçilərin seçim imkanı var. Mən də özümü ən yaxşı tərəfdən göstərməklə heyətdə yer almaq istəyirəm. Fiziki vəziyyətimi yaxşılaşdırmaq üçün çalışıram. Mümkün qədər tez optimal formama qayıtmaq istəyirəm. Bura “Kəpəz”ə kömək etməyə gəlmişəm”.

Paçu komandanı düşdüyü vəziyyətdən çıxartmaq üçün hamının səfərbər olduğunu əlavə edib:

“Hamımız bir olmalıyıq ki, bu durumdan çıxa bilək. Komandada birlik var. Vəziyyəti yaxşılaşdırmaq biz futbolçulardan asılıdır. Bunun üçün çox çalışacağıq. Bir uğurlu nəticə hər şeyi dəyişəcək”.

Qeyd edək ki, hesabında xal olmayan "Kəpəz" Azərbaycan Premyer Liqasında VII turdan sonra sonuncu - 10-cu pillədə qərarlaşıb.

Oxşar xəbərlər

"Kəpəz"in yeni transferi: Fernandu Santuşun Azərbaycan millisinə köməyi dəyə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Kəpəz"in legioneri: Klubun tarixinə düşdüyüm üçün xoşbəxtəm [xfgiven_updateblue][/xfgiven_updateblue]
Braziliyalı yarımmüdafiəçinin "Kəpəz"ə transferi rəsmiləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Kəpəz" "Turan Tovuz"dan ayrılan futbolçunu transfer edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Kəpəz" futbolçulara 10 günlük istirahət verib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər