"Sabah"ın baş məşqçisi: Biz artıq Avropa basketbol ailəsinin üzvünə çevrilmişik
Biz artıq Avropa basketbol ailəsinin üzvünə çevrilmişik.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis FIBA Çempionlar Liqasının təsnifat mərhələsinin 1/4 finalında İsveç təmsilçisi "Norrçepinq Dolfins"lə oyundan sonra deyib.
Mütəxəssis komandanın yenidən qurulduğunu söyləyib:
"Rəqibin oturmuş heyəti var idi. Komanda "onurğa sütunu"nu qoruyub. Bizdə isə komanda, demək olar ki, yenidən qurulub. Oyunçular arasında anlaşmanın daha yüksək səviyyədə olması üçün daha çox oyun keçirməliyik. Bir az zamana ehtiyacımız var. Buna baxmayaraq, düşünürəm ki, yaxşı çıxış etdik. Oyunçularımız əllərindən gələni etdilər. Qələbəyə yaxın olduğumuz anlar da oldu. Lakin sonluğu gətirə bilmədik. Adətən hakimlərlə bağlı fikir bildirmirəm. Amma bəzi oxşar epizodlarda fərqli hakim qərarlarının şahidi olduq".
O, rəqibin 3 xallıq atışlarda daha dəqiq oynadığını söyləyib:
"İsveç klubu 3 xallıq atışlarda daha dəqiq idi. Ribaundlarda da rəqibdən geri qalırdıq. Oyun intizamı baxımından "Norrçepinq" daha yaxşı təsir bağışlayırdı. Hiss olunurdu ki, artıq uzun müddətdir bir yerdə çıxış edirlər. Oyuna çox yaxşı qoşulan Endərin zədələnməsi rotasiya imkanlarımızı azaltdı. Sona yaxın basketbolçularda yorğunluq var idi. İrəli baxmalıyıq. Mübarizəni FIBA Avropa Kubokunda davam etdirəcəyik. Bizim kimi Çempionlar Liqasının təsnifat mərhələsində mübarizəni dayandıran komandalar burada iştirak edəcəklər. Bu isə turnirin səviyyəsindən xəbər verir".
R.Kurtinaytis komandanın 1/4 finala qədər gəlməsini uğur kimi qiymətləndirib:
"Sabah" yeni komandadır. Bizim buralara gəlməyiniz artıq uğurdur. Biz artıq Avropa basketbol ailəsinin üzvünə çevrilmişik. Hədəfimiz qrupdan çıxmaq olacaq. Bunun alınıb-alınmayacağını isə zaman göstərəcək. İstənilən halda, İsveç klubu ilə görüşdə olduğu kimi, hər oyunda son saniyəyə kimi təslim olmayan, mübarizə aparan komanda görəcəksiniz".
Qeyd edək ki, Türkiyənin Antalya şəhərindəki "Gloria Sports Arena"da təşkil olunan "Sabah" - "Norrçepinq Dolfins" qarşılaşması Azərbaycan klubunun 71:75 (18:15, 19:18, 11:23, 23:19) hesablı məğlubiyyəti ilə başa çatıb.
Oxşar xəbərlər
Çempionlar Liqası: "Sabah" basketbol komandası İsveç təmsilçisi ilə qarşılaşıb
ABF rəsmisi: "Sabah"ın Çempionlar Liqasında növbəti mərhələyə vəsiqə qazanacağına inanıram
Çempionlar Liqası: "Sabah" basketbol komandası mübarizəyə başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Biləsuvarda son 5 ildə aqrar sektora 50 milyon manat investisiya qoyulub
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
