ABF rəsmisi: "Sabah"ın Çempionlar Liqasında növbəti mərhələyə vəsiqə qazanacağına inanıram
"Sabah"ın baş məşqçisi Rimas Kurtinaytisin Avropa basketbolunda olan böyük təcrübəsini nəzərə alsaq, növbəti mərhələyə vəsiqə qazanacağımıza inanır və ümid edirəm.
Bunu "Sizinxeber.az"a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) icraçı vitse-prezidenti Fərrux Mahmudov "Sabah" klubunun bu gün FIBA Çempionlar Liqasının təsnifat mərhələsində İsveçin "Norrçepinq Dolfins" komandası ilə oyunu barədə danışarkən deyib.
ABF rəsmisi rəqibin İsveç basketbolunda ən dominant komandalardan olduğunu xatırladıb:
"Onlar ardıcıl 4 mövsümdür İsveç çempionatında çempion olurlar. Litvada təlim-məşq toplanışı keçmiş klubumuz bugünkü matça çox yaxşı hazırlaşıb. FIBA Çempionlar Liqası Avropa basketbolunda önəmli turnirlərdən biri sayılır. Həqiqətən də artıq neçə ildir ki, bu turnirdə səviyyəli qitə klublarının iştirakının şahidi oluruq. Təbii ki, biz də "Sabah"ı əsas mərhələdə görmək istəyirik. Amma ilk olaraq İsveç çempionunu keçib daha sonra digər rəqibimiz "Fribur" (İsveçrə) haqqında düşünməliyik. Bu kollektivləri geridə buraxa bilsək, əsas mərhələyə vəsiqə qazanmaq yolunda ən güclü potensial rəqibimiz Portuqaliya çempionu "Benfika" olacaq. Ümid edirəm ki, "Sabah" bu çətin qarşılaşmaları uğurla tamamlayacaq".
Qeyd edək ki, "Sabah" - "Norrçepinq Dolfins" oyunu Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.
Oxşar xəbərlər
Çempionlar Liqası: "Sabah" basketbol komandası mübarizəyə başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çempionlar Liqası: "Sabah"ın təsnifat mərhələsindəki oyununun vaxtı dəqiqləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş katib: Azərbaycan Basketbol Liqasının səviyyəsi ildən-ilə artır - MÜSAHİBƏ [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Sabah" basketbol komandası təlim-məşq toplanışı üçün Litvaya yollanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Sabah" yoxlama matçında Almaniya Bundesliqa təmsilçisinə qalib gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












