Həndbol Federasiyasının rəsmisi: Azərbaycan çempionatında komanda sayı artıb, yarışın formatında da yenilik var
Həm kişilərin, həm də qadınların çempionatında komanda sayı artıb, yarışın formatında da yenilik var.
Bunu “Sizinxeber.az”a açıqlamasında Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin müdiri İsgəndər Əsgərov ölkə çempionatı ilə bağlı danışarkən deyib.
Qurum rəsmisi komandaların sayının artdığını və format baxımından yeniliklər olduğunu söyləyib:
“Həm kişilərin, həm də qadınların çempionatında komanda sayı artıb, yarışın formatında da yenilik var. Turnirə gənclərdən ibarət komandaları da əlavə etmişik. Əvvəlcə bütün komandalar bir-biri ilə oynayacaq. Daha sonra ilk “4-lük” ayrılacaq. Burada 4 kollektiv yalnız bir-biri ilə görüşəcək. Kişilərin çempionatında 5-9-cu, qadınlarda isə 5-7-ci yerlərin sahibləri də bir-biri ilə oynayacaq. Çempionat sentyabrda başlayıb, mayda bitəcək. Daha sonra Azərbaycan Kuboku keçiriləcək. Güclü, legionerləri olan komandalar gənclərlə cəmi bir dəfə görüşəcək. Bu format marağı artıracaq. O cümlədən Bakı ilə yanaşı, Mingəçevirə də gedəcəyik. “Kür” komandaları oyunlarını Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirəcək”.
İ.Əsgərov milli komandaların formalaşması üçün şərait yaratdıqlarını söyləyib:
“Legioneri olan komandaların durumu bir qədər düzəlib. Yaxşı oyunçular gətiriblər. Qalanları gənclərdir və bizə lazım olan da budur ki, milli komandalarımız formalaşsın. Onlar üçün çempionatda şərait yaratmışıq ki, ilboyu oynasınlar. Millini bu həndbolçular vasitəsilə təkmilləşdirəcəyik. Gələn il yeniyetmələr MDB öılkələrinin çempionatına qatılacaqlar. Oğlan və qız həndbolçulardan ibarət komandalarımız bu yarışda iştirak edəcəklər. İdmançıların inkişafı üçün belə turnirlər vacibdir”.
Qeyd edək ki, həndbol üzrə XXXI Azərbaycan çempionatına bu gün start veriləcək. Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarışın oyunları “AHF Arena” və “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək.
Oxşar xəbərlər
Həndbol üzrə Azərbaycan çempionatı: “Azəryol” liderlə xal fərqini qoruyub
Həndbol üzrə Azərbaycan çempionatının başlayacağı tarix bəlli olub
Azərbaycan həndbol çempionatı: “Kür” ilk məğlubiyyətini alıb
Azərbaycan Cüdo Federasiyasının prezidenti milli komandaların üzvləri ilə görüşüb
Həndbol üzrə Azərbaycan çempionatı: liderlər asan qələbə qazanıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













