sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Avropa Kuboku: Azərbaycanın kişilərdən ibarət millisi mübarizəyə başlayır
Bu gün Azərbaycanın 3x3 basketbol üzrə kişilərdən ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Kubokunda mübarizəyə başlayır.
"Sizinxeber.az"un məlumatına görə, yığma C qrupundakı ilk matçında Niderlandla üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 15:40-da start götürəcək. İkinci oyunda isə rəqib meydan sahibləri olacaq. Görüş saat 19:15-ə təyin olunub.
1/4 final matçları sabah baş tutacaq. Qruplarda ilk iki yeri tutanlar növbəti raunda yüksələcəklər.
Qeyd edək ki, ötən gün Azərbaycanın qadınlardan ibarət yığması İspaniya (7:21) və Avstriyaya (12:20) uduzub.
Oxşar xəbərlər
Azərbaycan millisi Avropa Kubokunda mübarizəyə başlayır
Avropa Kuboku: Azərbaycan millisi ilk oyunda məğlub olub
Avropa Kuboku: Azərbaycan millisi ikinci görüşündə də məğlub olub
Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi yarışa məğlubiyyətlə başlayıb
Azərbaycanın basketbol milliləri Avropa Kubokunda mübarizə aparacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













