Avropa Kuboku: Azərbaycan millisi ikinci görüşündə də məğlub olub
sizinxeber.az xəbər saytı

Avropa Kuboku: Azərbaycan millisi ikinci görüşündə də məğlub olub


Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Kubokunda növbəti görüşünü keçirib.

"Sizinxeber.az" xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv C qrupundakı ikinci oyununda meydan sahibləri ilə üz-üzə gəlib.

Matç yığmamızın məğlubiyyəti ilə bitib - 12:20.

Günün ilk qarşılaşmasında seçməmiz İspaniyaya 7:21 hesabı ilə uduzub.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Oxşar xəbərlər

Avropa Kuboku: Azərbaycan millisi ilk oyunda məğlub olub
Azərbaycan millisi Avropa Kubokunda mübarizəyə başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər