Azərbaycan millisi Avropa Kubokunda mübarizəyə başlayır
sizinxeber.az xəbər saytı

Azərbaycan millisi Avropa Kubokunda mübarizəyə başlayır


Bu gün Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət millisi Avstriyanın paytaxtı Vyanada start götürən Avropa Kubokunda mübarizəyə başlayır.

"Sizinxeber.az" xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv C qrupunda ilk olaraq İspaniya ilə üz-üzə gələcək.

Komanda ikinci matçında meydan sahiblərini sınağa çəkəcək.

Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 15:40 və 19:15-də start götürəcək. Qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Qeyd edək ki, avqustun 23-də Azərbaycanın kişilərdən ibarət yığması Avstriya və Niderland ilə qarşılaşacaq.

Oxşar xəbərlər

Azərbaycanın basketbol milliləri Avropa Kubokunda mübarizə aparacaq
Azərbaycan millisinin baş məşqçisi: Avropa Kubokunda öz oyunumuza qayıdacağımıza ümid edirəm

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər