sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə qələbə ilə başlayıb
"Araz-Naxçıvan" komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə başlayıb.
"Sizinxeber.az"un məlumatına görə, H qrupunda yer alan Vitali Borisovun baş məşqçisi olduğu kollektiv ilk görüşdə Şimali İrlandiya təmsilçisi “Sparta Belfast” ilə üz-üzə gəlib.
İsveçin Uddevalla şəhərində gerçəkləşən qarşılaşma təmsilçimizin qələbəsi ilə yekunlaşıb - 7:1.
Qeyd edək ki, "Araz-Naxçıvan" sabah Estoniya çempionu “Sillamae Silla”, avqustun 24-də isə İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.
Oxşar xəbərlər
"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə başlayır
“Araz-Naxçıvan” klubu İsveçə itki ilə yollanıb
"Araz-Naxçıvan" Çempionlar Liqası üçün iştirak ərizəsini UEFA-ya təqdim edib
"Araz-Naxçıvan"ın Çempionlar Liqasındakı oyunlarına hakim təyinatları bəlli olub
“Araz-Naxçıvan”ın baş məşqçisi: Qarşımıza qrup birincisi olmağı məqsəd qoymuşuq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













