"Araz-Naxçıvan" Çempionlar Liqası üçün iştirak ərizəsini UEFA-ya təqdim edib
sizinxeber.az xəbər saytı

"Araz-Naxçıvan" Çempionlar Liqası üçün iştirak ərizəsini UEFA-ya təqdim edib


Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində çıxış edəcək “Araz-Naxçıvan” heyətlə bağlı yekun siyahını UEFA-ya göndərib.

"Report"un məlumatına görə, ölkə çempionunun 15 nəfərlik siyahısında 3 qapıçı yer alıb.

Qapıçılar: Emin Kürdov, Kamran Hacıyev, Vladislav Reznov

Oyunçular: Xəzər Ağalızadə, Amadeu, Kənan Manafov, Marko Prşiç, Ülvi Əliyev, Emil Həsənzadə, Lazar Milosavlyeviç, Aleksandar Yaniç, Covanni Valerio, Caique Aledes De Oliveyra, İaqo Henrique

Qeyd edək ki, Kamran Hacıyev, Kənan Manafov və İaqo Henrique “Baku Fire” klubundan icarəyə götürülüblər. Onlar Çempionlar Liqası matçlarında “Araz-Naxçıvan”a kömək edəcəklər.

Təmsilçimiz avqustun 21-də “Sparta Belfats” (Şimali İrlandiya), ertəsi gün Estoniya çempionu “Sillamae Silla”, avqustun 24-də isə İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.

Oxşar xəbərlər

"Araz-Naxçıvan"ın Çempionlar Liqasındakı oyunlarına hakim təyinatları bəlli olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Serbiya millisinin futzalçısı Azərbaycan klubuna keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Araz-Naxçıvan" heyətini braziliyalı futzalçı ilə gücləndirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Araz-Naxçıvan" klubu Azərbaycan millisinin üzvü ilə anlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Araz-Naxçıvan” braziliyalı hücumçu ilə yollarını ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər