Azərbaycan millisinin baş məşqçisi: Avropa Kubokunda öz oyunumuza qayıdacağımıza ümid edirəm
Ümid edirəm ki, Avropa Kubokunda öz oyunumuza qayıdacağıq.
Bunu "Report"a açıqlamasında Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin baş məşqçisi Ratomir Deliç deyib.
Mütəxəssis Dünya Qadın Seriyasının Bakı mərhələsindəki uğursuzluqdan bəhs edib:
"Bu yarış bizim üçün çətin keçdi. Çünki üç oyunçu ilə oynayırdıq. Mersedes Uolker zədəlidir. Xüsusən ilk görüşdə ritmi tutmaqda çətinlik çəkirdik. Buna baxmayaraq, ikinci qarşılaşmada daha yaxşı göründük".
Baş məşqçi Avstriyanın paytaxtı Vyanada keçiriləcək Avropa Kuboku haqqında da danışıb:
"Həmin turnirdə Mersedesin vəziyyətinin necə olacağını görəcəyik. O, yaxşılaşır. Ümid edirəm ki, oynaya biləcək və biz öz oyunumuza qayıdacağıq".
Qeyd edək ki, Azərbaycan millisi Avropa Kubokunda İspaniya və Avstriya ilə qarşılaşacaq. Yığma Bakı mərhələsində Almaniyanın Düsseldorf ZOOS" komandasına (8:21) və Ukrayna millisinə (12:16) məğlub olub.
Oxşar xəbərlər
Azərbaycanın basketbol milliləri Avropa Kubokunda mübarizə aparacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın 3x3 basketbol millisinin Bakı mərhələsindəki rəqibləri müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın kişi basketbolçuları Avropa Kubokunda yarımfinala vəsiqə qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın basketbol millisinin ispaniyalı baş məşqçisi: Avropa çempionatındakı çıxışımızı normal qiymətləndirirəm [xfgiven_updateblue][/xfgiven_updateblue]
3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












