Qazaxıstana səfərlə bağlı AFFA rəhbərliyinə hesabat təqdim olunacaq
Qazaxıstana səfərlə bağlı hesabat hazırlanır və tezliklə AFFA rəhbərliyinə təqdim olunacaq.
Bunu "Report"a AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov deyib.
O, milli assosiasiya əməkdaşlarının Qazaxıstanda UEFA-nın Təcrübə Mübadiləsi Proqramında (UEFA Club Licensing Exchange Programme) iştirak etmələri ilə bağlı fikirlərini bölüşüb. E.Məmmədov bu cür faydalı layihə həyata keçirdikləri üçün Avropa futbol qurumuna təşəkkür edib:
"Tədbirlə bağlı onu qeyd edə bilərəm ki, başa vurduğumuz mövsümdən etibarən UEFA-nın lisenziyalaşdırma çərçivəsində yeni proqramı açılıb. Biz də mövsümün əvvəlində Təcrübə Mübadiləsi Proqramında (UEFA Club Licensing Exchange Programme) iştirakla bağlı müraciət etmişdik. Sonda 10 ölkə seçildi. Bizimlə təcrübə mübadiləsini paylaşan Qazaxıstan Futbol Federasiyası oldu. İlk olaraq onlar Bakıda səfərdə idilər. Mövsümün əvvəlində klublarla açılış iclası olanda onlaq da qatılmışdı. UEFA nümayəndəsi də gəlmişdi. Toplantıdan sonra bir neçə gün ərzində həmkarlarla təcrübəmizi paylaşdıq. Lisenziyalaşdırma prosesinin necə təşkil olunduğunu detallı şəkildə göstərdik. Ondan sonra mövsüm ərzində ekspertlər onlayn şəkildə də fikir mübadiləsi aparırdılar".
Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru ötən həftə Qazaxıstanda keçirilmiş görüşün maraqlı olduğunu bildirib:
"Astana və Almatı şəhərlərində olduq. Qazaxıstan Futbol Federasiyasının inzibati binası və meydançaları, Almatıda yerləşən “Kayrat” klubunun təlim-məşq bazası və Qazaxıstan millisinin təlim-məşq mərkəzi ilə tanış olduq. Astanada federasiyanın müxtəlif şöbələrindən olan əməkdaşlarla görüşdük. Bundan əlavə, müxtəlif departamentlərlə toplantılar keçirdik. Müəyyən qeydləri aldıq. Bəzi məsələlər onlarda fərqli həyata keçirilir. Maraqlı layihələri var. AFFA rəhbərliyi üçün hesabatı hazırlayıb təqdim edəcəyik. Qazaxıstan Futbol Federasiya bizi çox yaxşı qarşıladı. Hər şeyi göstərdilər və suallarımıza cavab verdilər. Qonaqpərvərliyə görə onlara təşəkkür edirəm".
Oxşar xəbərlər
AFFA əməkdaşları Qazaxıstan Futbol Federasiyasının inzibati binasında olublar
AFFA-nın departament əməkdaşları UEFA-nın konfransında iştirak ediblər
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
AFFA rəsmisi "Fənərbağça"nın oyununa təyinat alıb
AFFA rəsmisi "Fənərbağça" - "Mançester Yunayted" matçına təyinat alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
“Aston Villa” Avropa Liqasının qalibi olub
-
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı! - 70%-dək xüsusi endirimlər - VİDEO
