AFFA əməkdaşları Qazaxıstan Futbol Federasiyasının inzibati binasında olublar
sizinxeber.az xəbər saytı

AFFA əməkdaşları Qazaxıstan Futbol Federasiyasının inzibati binasında olublar


AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları Qazaxıstanda UEFA-nın Təcrübə Mübadiləsi Proqramında (UEFA Club Licensing Exchange Programme) iştirak ediblər.

"Report" xəbər verir ki, bu, 2024-cü ilin oktyabrında Bakıda keçirilən ilk görüşün davamı olaraq təşkil olunub.

Nümayəndə heyəti Qazaxıstan Futbol Federasiyasının (QFF) inzibati binası və meydançaları, Almatıda yerləşən “Kayrat” klubunun təlim-məşq bazası və Qazaxıstan milli komandasının təlim-məşq mərkəzi ilə tanış olub.

AFFA əməkdaşları QFF-nin Klubların Lisenziyalaşdırılması Departamenti, Yarışların Təşkili, Qadın Futbolu, Həvəskar Futbol və Sosial Məsuliyyət, Texniki Departament, Kütləvi Futbol və digər struktur bölmələrin əməkdaşları ilə görüşlər keçirib, praktiki təcrübə mübadiləsi aparıblar.

Proqramda UEFA-nın Klubların Lisenziyalaşdırılması üzrə meneceri Anna Polatovska da iştirak edib.

Oxşar xəbərlər

AFFA-nın departament əməkdaşları UEFA-nın konfransında iştirak ediblər
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
AFFA rəsmisi "Fənərbağça"nın oyununa təyinat alıb
AFFA-nın Departament direktoru “Fənərbaxça”-“Reyncers” matçına təyinat alıb
AFFA-da akademiyaların texniki direktor və koordinatorları ilə görüş keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle