Azərbaycan millisinin sabiq futbolçusu: "Uğursuzluq tilsimini Macarıstanla oyunda sındırmaq çətin olar"
sizinxeber.az xəbər saytı

Azərbaycan millisinin sabiq futbolçusu: "Uğursuzluq tilsimini Macarıstanla oyunda sındırmaq çətin olar"


Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev yığmanın Macarıstanla keçiriləcək yoldaşlıq matçında uğursuzluq tilsiminə son qoymasının çətin olacağını düşünür.

Bu barədə "Sizinxeber.az"a açıqlama verən 36 yaşlı mütəxəssis millini bu matçda çətin sınaq gözlədiyini söyləyib.

"Macarıstan Latviyadan qat-qat güclüdür və heyətlərində adlı-sanlı futbolçular yer alır. Onların son olaraq UEFA Millətlər Liqasında Türkiyəyə qarşı keçirdikləri oyunu izləmişdim. Heyətlərində keyfiyyətli futbolçular çoxdur. Təəssüf ki, Azərbaycan millisi baş məşqçi Fernandu Santuşun gəlişindən sonra qələbə qazana bilməyib. Macarıstanla matçda bu tilsimi qırmaq çətin olacaq. Çünki rəqib güclüdür. Ən azından öz meydanımızda çıxış etdiyimiz üçün maraqlı görüş gözləyirəm. Futbolçularımıza inanırıq".

Qeyd edək ki, Azərbaycan - Macarıstan oyunu sabah "Liv Bona Dea Arena"da, saat 20:00-da start götürəcək.

Oxşar xəbərlər

Vəli Qasımov: “Millimizin Estoniyadan dəfələrlə güclü olduğuna və sabahkı oyunda qələbə qazanacağına əminəm”
Fernandu Santuş: "Millimizin oyunları göstərir ki, doğru yoldayıq"
Azərbaycan millisinin sabiq üzvü: Yığmamız hücum futboluna üstünlük versə, qələbə də qazana bilər
Fernandu Santuş: Futbolçularımızda qələbə qazanmaq arzusu görürəm
İsveç millisinin baş məşqçisi: Futbolçularımız sabah qürurla çıxış edəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər