Azərbaycan millisinin sabiq üzvü: Yığmamız hücum futboluna üstünlük versə, qələbə də qazana bilər
sizinxeber.az xəbər saytı

Azərbaycan millisinin sabiq üzvü: Yığmamız hücum futboluna üstünlük versə, qələbə də qazana bilər


Azərbaycan İsveçlə matçda olduğu kimi hücum futboluna üstünlük versə, qələbə də qazana bilər.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vurğun Hüseynov deyib.

Yığmamızın UEFA Millətlər Liqasında qarşılaşacağı Slovakiya oyunu barədə danışan 36 yaşlı müdafiəçi, yaxşı nəticəyə ümid etdiyini bildirib:

"İsveçlə keçirdiyimiz və 1:3 hesabı ilə məğlub olduğumuz ilk oyunda pis təsir bağışlamamışdıq. Əgər Ramil Şeydayev penalti zərbəsini dəqiq yerinə yetirsəydi, nəticə başqa cür ola bilərdi. Bu günkü qarşılaşmada da milli komandamza uğurlar arzu edirəm. Düşünürəm ki, ən azı 1 xal qazanacağıq. Yeni baş məşqçi Fernandu Santuşa vaxt lazımdır ki, öz oyun üslubunu milli komandaya aşılaya bilsin. Təbii ki, bunu 10 gün içərisində reallaşdırmaq mümkün deyil. Əgər Azərbaycan ilk matçda olduğu kimi hücum futboluna üstünlük versə, qələbə də qazana bilər".

Qeyd edək ki, Millətlər Liqasının II turunda üz-üzə gələcək Azərbaycan və Slovakia yığmalarının dueli bu gün Bakı vaxtilə saat 20:00-da başlayacaq.



Oxşar xəbərlər

İqor Ponomaryov: Fernandu Santuşun millini hansı üslubda oynadacağını demək çətindir [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Bayer 04"ün futbolçusu: "Qarabağ" qələbə qazana da bilərdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Arif Əsədov: Penaltini Emin Mahmudov vursaydı, daha yaxşı olardı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Emin Mahmudov: Mən də penaltini qaçıra bilərdim [xfgiven_updateblue][/xfgiven_updateblue]
Portuqaliyalı mütəxəssis: Millidə yerli məşqçi mütləq olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər