Fernandu Santuş: Futbolçularımızda qələbə qazanmaq arzusu görürəm
sizinxeber.az xəbər saytı

Fernandu Santuş: Futbolçularımızda qələbə qazanmaq arzusu görürəm


Futbolçularımızda qələbə qazanmaq arzusu görürəm.

"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş İsveç yığmasına qarşı keçirəcəkləri Millətlər Liqasının oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

69 yaşlı mütəxəssis sabah onları çətin qarşılaşmanın gözlədiyini bildirib:

"Komandamızın zəif nöqtələrini müzakirə etmişik. Oyunçularımız da başa düşür ki, sabah bizim üçün çətin olacaq. Futbolçularımızda qələbə qazanmaq arzusu görürəm. Rəqib komandanın son 4 oyununu izləmişik. Onların zəif nöqtələrini özümüz üçün müəyyənləşdirməyə çalışdıq. Bununla belə, onların üstün cəhətləri də var. Futbolçularımıza əsasən izah olundu ki, rəqib komanda hücuma çıxarkən necə müdafiə olunmalıyıq".

Qeyd edək ki, sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - İsveç matçının start fiti saat 20:00-da səsləndiriləcək.

Oxşar xəbərlər

İsveç millisinin baş məşqçisi: Futbolçularımız sabah qürurla çıxış edəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Emin Mahmudov: Çalışacağıq ki, İsveç üzərində qələbə qazanaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fernandu Santuş: Milliyə çağırılan heç bir futbolçu ulduz deyil, ulduz göydə olur [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Dinamo"nun baş məşqçisi: "Qarabağ"ın uğurlu çıxışı bizə xəbərdarlıqdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Dinamo"nun baş məşqçisi: "Qarabağ"ın bu cür uğurlu çıxışları bizə xəbərdarlıqdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər