Azərbaycanın millisinin analitiki: "Yığmaya faydalı olacağıma inanıram"
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin analitiki Vüqar Mustafayev yığmadakı təyinatı ilə bağlı danışıb.
"Report"un Minskə ezam olunan əməkdaşına açıqlama verən "Sumqayıt"ın sabiq futblolçusu məsuliyyətli işə cəlb olunduğunu söyləyib.
"Bəzi səbəblərə görə futbolçu karyeramı başa vurmalı oldum. Sonuncu çıxış etdiyim "Sumqayıt" klubunun rəhbərliyindən iş təklifi almışdım. Eyni zamanda U-21 millisinin baş məşqçisi Ayxan Abbasov da məni məşqçilər heyətində görmək istədiyini bildirdi. Hər iki təklifi götür qoy etdim və yığmada çalışa biləcəyimə qərar verdim. Mənə güvənən hər kəsə öz təşəkkürümü bildirirəm. Bu, çox məsuliyyətli bir işdir. İnanıram ki, vaxtı ilə futbolçu kimi şərəfini qoruduğum yığmaya bu dəfə analitik kimi fayda verəcəm", - deyə o, bildirib.
V.Mustafayev gələcəkdə baş məşqçi kimi fəaliyyət göstərmək istədiyini bildirib:
"Artıq ilk addımı atdım. Təcrübə toplamaq, çalışdığım kollektivə yararlı olmaq istəyirəm. Gələcəkdə hər şey ola bilər. Nə vaxtsa özümü baş məşqçi kimi də sınaya bilərəm. Lakin düşünürəm ki, bu bir qədər tezdir. Özümü yoxlamaq istəyirəm ki, bu işi nə qədər irəli gedə biləcəm. Əgər alınsa, məqsədim baş məşqçi olmaqdır".
Qeyd edək ki, hazırda Belarusda təlim-məşq toplanışı keçən U-21 sabah bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Baranoviçi şəhər stadionunda təşkil olunacaq görüş yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.
Oxşar xəbərlər
Azərbaycan millisinin sabiq futbolçusu: Artıq karyeramı başa vurmağın vaxtı çatıb
Türkiyə millisinin sabiq futbolçusu yığmaya baş məşqçi təyin olunub
İtaliya millisinin sabiq futbolçusu yığmaya məşqçi təyin olunub
Azərbaycan millisinin baş məşqçisi: "Əcnəbi idmançıların yığmaya cəlb olunması prosesinə son qoymuşuq"
"Mançester Yunayted"də çıxış etmiş Portuqaliya millisinin sabiq futbolçusu karyerasını başa vurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
