Azərbaycan millisinin sabiq futbolçusu: Artıq karyeramı başa vurmağın vaxtı çatıb
Artıq karyeramı başa vurmağın vaxtı çatıb.
Bunu "Sizinxeber.az"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu, "Kəpəz"in vitse-kapitanı Vurğun Hüseynov deyib.
36 yaşlı müdafiəçi futbolçu karyerasını yekunlaşdırmaq barədə qərar verdiyini söyləyib:
"Zədələndim, sağalmağım təxminən 2 aya yaxın çəkəcək. Bu səbəbdən düşündüm ki, artıq karyeramı başa vurmağın vaxtı çatıb. Məsələ ilə bağlı fikrimi həm baş məşqçimiz Azər Bağırova, həm də klub rəhbərliyinə bildirmişəm".
V.Hüseynov futboldan uzaqlaşmaq niyyətində olmadığını, məşqçi kimi hansısa klubda fəaliyyət göstərmək istədiyini bildirib:
"Karyeramı məşqçi kimi davam etdirəcəyəm. İnşallah, daha da təkmilləşmək üçün kurslara qatılacağam. Mənim və klubum üçün xeyirlisi nədirsə, o da olsun. "Kəpəz"də işləyib-işləməyəcəyimi deyə bilmərəm. Harada çalışacağım növbəti həftə bəlli olacaq".
Qeyd edək ki, Vurğun Hüseynov 2023-cü ildən "Kəpəz"də çıxış edir.
Oxşar xəbərlər
"Sumqayıt"ın sabiq kapitanı: Futbolçuların xarakterini bilirəm, hər biri oyuna maksimum güclə hazırlaşacaqlar
Azərbaycan millisinin sabiq üzvü: Yığmamız hücum futboluna üstünlük versə, qələbə də qazana bilər
Portuqaliya millisinin üzvü karyerasını başa vurub
Azərbaycan millisinin sabiq basketbolçusu: Artıq yaşlanmışam, öz evimdə istirahətə çəkilmək istəyirəm
Türkiyə millisinin və "Beşiktaş"ın sabiq futbolçusu 31 yaşında futbolçu karyerasını sonlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













