Azərbaycan millisinin baş məşqçisi: "Əcnəbi idmançıların yığmaya cəlb olunması prosesinə son qoymuşuq"
sizinxeber.az xəbər saytı

Azərbaycan millisinin baş məşqçisi: "Əcnəbi idmançıların yığmaya cəlb olunması prosesinə son qoymuşuq"


Əcnəbi idmançıların yığmaya cəlb olunması prosesinə son qoymuşuq.

Bunu “Report”a açıqlamasında kişi taekvondoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Məmməd Abdullayev deyib.

O, U-21 və yeniyetmələrdən ibarət millilərə məşqçi təyinatları ilə bağlı danışıb:

"21 yaşadək taekvondoçulardan ibarət milliyə Elnur Amanov baş məşqçi, Zahid Məmmədov isə böyük məşqçi təyin olundu. Bildiyiniz kimi, U-21-in heyətinin bir qismi gənclərdən, bir qismi isə böyüklərdən ibarət olur. Bu səbəbdən rəhbərlik qərar qəbul etdi ki, böyüklərdən ibarət yığmada böyük məşqçi kimi çalışan Elnur Amanov U-21-ə rəhbərlik etsin. Martda 21 yaşadək taekvondoçuların Respublika birinciliyi baş tutacaq. Həmin yarışdan sonra həm əsas yığma, həm də gənclərdən ibarət komanda qarşıdan gələn beynəlxalq yarışlara hazırlaşacaq. Yeniyetmələrdən ibarət milliyə baş məşqçi təyin olunan Səbuhi Zülfüqarov və digərlərinin əməyi sayəsində daha yaxşı işlər görəcəyimizə inanırıq".

Mütəxəssis hazırda Bakıda təlim-məşq toplanışı keçən Azərbaycanın böyüklərdən ibarət taekvondo millisinin qarşıdan gələn beynəlxalq yarışlara hazırlaşdığını bildirib:

"Əsasən fiziki hazırlıq üzrə məşqlərə üstünlük verilir. İlk 3 gündən sonra yığma üzvləri bir qədər istirahət edəcək və taktiki-texniki məşqlərə başlayacağıq".

M.Abdullayev aşağı yaş qruplarından ibarət yığmalarda perspektivli taekvondoçuların yetişdiyini deyib:

"Hazırda aşağı yaş qruplarından ibarət yığmalarda perspektivli taekvondoçular var. Onları da tədricən əsas milliyə cəlb etməyi düşünürük. Əcnəbi idmançıların yığmaya cəlb olunması prosesinə son qoymuşuq. Yerli taekvondoçularla uğur qazanmağa çalışırıq".

Oxşar xəbərlər

Azərbaycanın taekvondo üzrə yeniyetmələrdən ibarət millisində yeni təyinat gerçəkləşib
Azərbaycanın taekvondo millisinin məşqçilər korpusunda yeni təyinat olub
Türkiyə millisinin sabiq futbolçusu yığmaya baş məşqçi təyin olunub
Azərbaycan millisi beynəlxalq turnirə 11 taekvondoçu ilə qatılacaq
Azərbaycan cüdoçuları İspaniyada təlim-məşq toplanışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər