Polisi PSV-nin çempionluğunu qeyd etməsi zamanı yaranan iğtişaşlarda şübhəli bilinən 7 nəfəri həbs edib
sizinxeber.az xəbər saytı

Polisi PSV-nin çempionluğunu qeyd etməsi zamanı yaranan iğtişaşlarda şübhəli bilinən 7 nəfəri həbs edib


Niderland polisi PSV klubunun ölkə çempionluğunu qeyd etməsi zamanı yaranan iğtişaşlarda şübhəli bilinən 7 nəfəri həbs edib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, hadisə ötən gün Eyndhoven şəhərində baş verib.

Ölkə çempionatının XXXIV turunda "Sparta"ya (3:1) qalib gələn “qırmızı-ağlar” çempionluğunu rəsmiləşdirib. Azarkeşlər qarşılaşmanın ardından komandalarının uğurunu qeyd etməyə başlayıblar.

Lakin stadionda çoxlu insan izdihamı və başlayan iğtişaşlar səbəbindən futbolçuların olduğu avtobus hərəkət edə bilməyib. Bundan başqa, azarkeşlər polisə daş və fişənglər atıblar. İğtişaşlar zamanı 7 nəfər saxlanılıb.

Oxşar xəbərlər

NBA klubunun çempionluğunu qeyd edən azarkeşlər xəsarət alıblar
Britaniya polisi PKK ilə əlaqəli altı şəxsi həbs edib
Qvineyada stadionda kütləvi dava nəticəsində onlarla insan həlak olub
"Liverpul" 20-ci dəfə İngiltərə çempionu olub
Gürcüstanda aksiya zamanı polisə hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər