"Liverpul" 20-ci dəfə İngiltərə çempionu olub
sizinxeber.az xəbər saytı

"Liverpul" 20-ci dəfə İngiltərə çempionu olub


İngiltərə Premyer Liqasının XXXIV turunda "Liverpul" ölkə çempionluğunu rəsmiləşdirib.

"Sizinxeber.az" xəbər verir ki, "Enfild"də “Tottenhem”i qəbul edən mersisaydlılar 5:1 hesabı ilə qalib gələrək sona 4 tur qalmış qızıl medalları təmin ediblər.

Meydan sahiblərinin qollarını Luis Dias (16), Aleksis Makallister (24), Kodi Qakpo (34), Məhəmməd Salah (63) və Destini Udodci (69-avtoqol) vurub. Qonaqların yeganə dəqiq zərbəsi isə Dominik Solankenin (12) aktivinə yazılıb.

Bu nəticənin ardından xallarının sayını 82-yə çatdıran Arne Slotun rəhbərlik etdiyi kollektiv 20-ci dəfə çempionluq tituluna yiyələnərək, "Mançester Yunayted"in uğurunu təkrarlayıb.

Oxşar xəbərlər

İngiltərə Premyer Liqası: “Liverpul” bu gün 20-ci çempionluğunu qazana bilər
“Liverpul”-“Mançester Yunayted’ qarşılaşması heç-heçə başa çatıb
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" "Liverpul"la heç-heçə edib
İngiltərə Premyer Liqası: “Liverpul” London komandasını darmadağın edib
“Liverpul” doğma meydanda “Mançester Yunayted”ə qalib gələ bilməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle