Qvineyada stadionda kütləvi dava nəticəsində onlarla insan həlak olub
Qvineyanın cənub-şərqində yerləşən Nzerekore şəhərində futbol matçı zamanı azarkeşlər arasında kütləvi dava baş verib, nəticədə onlarla insan həyatını itirib.
Bu barədə "Sizinxeber.az" "AFP"-yə istinadən xəbər verir.
Məlumata görə, insidentə hakimin mübahisəli qərarları səbəb olub. Hakim komandalardan birinin oyunçusuna qırmızı vərəqə göstərib və penalti təyin edib, bundan sonra azarkeşlər arasında dava başlayıb.
Polis onları ayırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Qazdan xilas olmağa çalışan azarkeşlər stadionu tərk etməyə çalışıb və çıxışlarda izdiham yaranıb. Bir çox insan ya boğularaq, ya da küçəyə çıxmağa çalışarkən stadionun divarlarından yıxılaraq həyatını itirib.
Cəsədlərin tanınmasında yaranan çətinliklər qurbanların dəqiq sayının müəyyənləşdirilməsini çətinləşdirir.
"Orada təxminən 100 nəfər həlak olub. Bəziləri dəhlizlərdə yerə sərilib. Morq doludur", - deyə həkimlərdən biri AFP-yə bildirib.
Oxşar xəbərlər
Bakıda kütləvi dava olub, saxlanılanlar var
DİN: Əhmədli qəsəbəsindəki kütləvi dava ilə bağlı təhqiqata başlanılıb - YENİLƏNİB
İngiltərə və İtaliya klublarının yoxlama oyununda dava düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
