Bəhlul Mustafazadə: "Hər çempionluğun öz hekayəsi var"
sizinxeber.az xəbər saytı

Bəhlul Mustafazadə: "Hər çempionluğun öz hekayəsi var"


Hər çempionluğun öz hekayəsi var.

"Sizinxeber.az"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə deyib.

Müdafiəçi Ağdam təmsilçisinin 2024/2025-ci illər mövsümündə Misli Premyer Liqasının qalibi olması barədə danışıb:

"Hər çempionluğun arxasında böyük əziyyət var. Budəfəki titul da belə idi. Həqiqətən çox çalışdıq. Avropa Liqasında bir az uğursuz olsaq da, sonradan bütün fikirlərimizi çempionata yönəltdik. Növbəti mövsüm də hədəfimiz çempionluq və avrokuboklarda yaxşı nəticə əldə etməkdir".

B.Mustafazadə Azərbaycan Kubokunun finalında "Sabah"a qarşı keçirəcəkləri matça da toxunub: "Maksimum hazırlaşırıq. Məqsədimiz bu oyunda da qalib gəlməkdir".

O, Qurban Qurbanovla münasibətlərinin yaxşı olduğunu söyləyib: "Hər şey yüksək səviyyədədir, əladır".

Oxşar xəbərlər

"Qarabağ"ın futbolçusu bir həftə yaşıl meydanlardan uzaq qalacaq
Qurban Qurbanov: "Elfsborq"la oyunda çox güc sərf etməli olacağıq"
"Qarabağ"ın daha bir futbolçusu zədələndiyi üçün "Elfsborq"la oyunu buraxacaq
Bəhlul Mustafazadə zədə səbəbindən millinin heyətindən çıxarılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər