"Barselona" heyətini yeni qapıçı ilə gücləndirə bilər
sizinxeber.az xəbər saytı

"Barselona" heyətini yeni qapıçı ilə gücləndirə bilər


İspaniyanın "Espanyol" klubunun qapıçısı Xuan Qarsiya karyerasını "Barselona"da davam etdirə bilər.

"Sizinxeber.az" "AS" nəşrinə istinadən xəbər verir ki, kataloniyalılar yay "transfer pəncərəsi"ndə 24 yaşlı qolkiperlə müqavilə imzalamağı planlaşdırır.

Onun "Espanyol"la olan sözləşməsi 2028-ci ilin yayında başa çatacaq.

Məşhur "Transfermarkt" portalı "əlcək sahibi"nin dəyərini 20 milyon avro qiymətləndirir. Qapıçı daha əvvəl İngiltərənin "Arsenal" klubunun da diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, X.Qarsiya cari mövsümdə meydana çıxdığı 35 oyunda 44 qol buraxıb, 7 görüşdə isə qapısında qol görməyib.

Oxşar xəbərlər

İspaniya klubunun qapıçısı karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər
"Barselona" İngiltərə klubunun 20 yaşlı futbolçusunu transfer edə bilər
Vircil van Deyk karyerasını "Barselona"da davam etdirə bilər
"Barselona" Portuqaliya klubunun hücumçusunu transfer etmək istəyir
"Barselona" qapıçısı ilə yollarını ayıracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər