Ronaldu karyerası ərzində 15-ci dəfə bir mövsümdə 20-dən çox qol vurub
sizinxeber.az xəbər saytı

Ronaldu karyerası ərzində 15-ci dəfə bir mövsümdə 20-dən çox qol vurub


Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu karyerası ərzində 15-ci dəfə bir mövsümdə 20-dən çox qol vurub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 40 yaşlı futbolçu bunu ötən gün “Əl-Hilal”a qarşı səfər matçında (3:1) dubla imza atmaqla reallaşdırıb.

Portuqaliyalı ön xətt oyunçusu həmçinin karyerasının 931-ci qolunu vurub.

Qeyd edək ki, K.Ronaldu Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə 25 oyun keçirib. O, bu müddətdə 21 qola və 3 məhsuldar ötürməyə müəlliflik edib. Futbolçunun "Əl-Nəsr"lə hazırkı müqaviləsinin müddəti 2024/2025 mövsümünün sonuna qədərdir. Onun transfer dəyəri 12 milyon avro olaraq qiymətləndirilir.

Oxşar xəbərlər

Kriştianu Ronaldu "Əl-Nəsr"in şərikli sahibi olacaq
Ronaldu karyerası ərzində 48-ci yığmaya qol vurub
Ronaldu: 1 000-ci qolumu vurmaq istəyirəm
Kriştianu Ronaldu klub səviyyəsində 700 matçda qalib gələn ilk futbolçu olub
Ronaldu tarixin ən yaxşı klubunun adını açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər